"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“ Kitab tutan əllər” layihəsi çərçivəsində uşaq baxçasında görüş keçirilib

--2017-02-15 / 15:57

Binəqədi rayon Biləcəri bələdiyyəsi ictimai-humanitar sektorunun təşəbbüsü ilə “Kitab tutan əllər” layihəsi çərçivəsində keçirilən tədbirdə 298 saylı Uşaq baxçasının körpə balalarını Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyənin icraçı katibi Nazir isgəndərov və YAP Binəqədi Rayon Təşkilatı Biləcəri qəsəbəsi (Biləcəri bələdiyyəsi) ərazi ilk partiya təşkilatı uşaqları üçün boya kitablar və rəngli qələmlərlə sevindirmişlər.

Tədbirdə baxçanın fidanları özlərinə məxsus maraqlı səhnəciklər, şeir və mahnılarla tədbirə xüsusi şirinlik qatmışlar.

Qeyd edək ki, 14 Fevral –Beynəlxalq Kitab Bağışlama Günü (international Book Giving Day) - təqvimdə ən gənc bayramlardandır. Bayramlar ən çox uşaqları sevindirir. Uşaqlara ən gözəl hədiyyə, əlbəttə ki, kitabdır. Bu bayram uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.

Belediyye.info

 

ŞƏRHLƏR